box-img
Azərbaycan İqtisad Universitetinin (UNEC) İqtisadi Forumu öz işinə başlayıb.
  • Bakı
  • 01.12.21

Azərbaycan İqtisad Universitetinin (UNEC) İqtisadi Forumu öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, forumda Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər də iştirak edir.

Əziz Səncər tədbirin “Post-pandemiya dövründə elm və təhsil” adlı II panelində çıxış edəcək.

5 panel üzrə nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur.

Həmçinin, forumda Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və Beynəlxalq Elm Olimpiadaların qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər nəzərdə tutulub.