box-img
Bakıda "UNEC iqtisadi forumu" keçirilir
  • Bakı
  • 02.12.21

Bu gündən Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə UNEC İqtisadi Forumu-2021 öz işinə başladı. Forum Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr edilib, devizi zəfər yoludur., 3 gün ərzində 5 panel üzrə 30-a qədər spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək.Forumun ilk günündə Nobel mükafatı laureatı Əziz Sancar alimlərlə görüşdü, mütəxəssis və TəLəbələrin suaalarını cavablandırdı. Bİldirildi ki, Əziz Sancarın bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılıq, elmi fəaliyyət və ictimai inkişaf yolu var. O, ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib. O,ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı Türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi kimi Nobel mükafatına layiq görülüb. O, çıxışı zamanı "Qarabağ hamımızın könlündədir dedi. Tarixi zəfərlə Azərbaycan adını türk dünyası tarixinə qızıl hərflərlə yazdırdı.

Forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirdi. Tədbirdə rəqəmsal iqtisadiyyatda post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələlər, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları və keçdiyi müstəqillik yolu müzakirə edildi. Qeyd edək ki, Forum iştirakçılarının dekabrın 4-də Qarabağa səfər etməsi nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=FNVzregXY6w